“İrşad Electronics” satılmış malların qaytarılması qaydalarını pozduğu üçün cərimələndi
Agah.az xəbər verir ki, “İrşad Electronics” MMC satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozduğuna görə cərimələnib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən şirkət haqqında İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə prosesində hakim Solmaz Mustafayevanın sədrliyi ilə şirkətə inzibati tənbeh tətbiq edilib və cərimə kəsilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə şirkətlərə 600 manatdan 900 manatadək cərimə tətbiq edilə bilər.
Açar sözlər: İrşad Electronics cərimə, malların geri qaytarılması, qayda pozuntusu, antiinhisar nəzarəti, Nəsimi məhkəməsi qərarı.
(055) 436-46-45