Bakıda qızını öldürməyə cəhd edən ata apellyasiya şikayəti verdi
Agah.az xəbər verir ki, qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə ilkin hazırlıq iclası dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.
Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. Rəfail Cavadov cəzasının azaldılmasını tələb edir.
Xatırladaq ki, bu ilin fevralında Qaradağ rayonu ərazisində 1958-ci il təvəllüdlü Rəfail Cavadov qızını – Rəna Cavadovanı qısqanclıq zəminində 5 bıçaq zərbəsi ilə xəsarət yetirərək öldürməyə cəhd edib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Rəfail Cavadova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və Bakı Ağır Cinayətlər Məhkəməsi onu 11 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Açar sözlər: qızını öldürməyə cəhd, Bakı apellyasiya məhkəməsi, Rəfail Cavadov cinayəti, qısqanclıq zəminində hücum, cəzanın azaldılması tələbi.
(055) 436-46-45