Suriyada əhalinin siyahıyaalınması keçiriləcək, yeni Konstitusiya təsdiqlənəcək

Suriyada əhalinin siyahıyaalınması keçiriləcək, yeni Konstitusiya təsdiqlənəcək
Dostuna göndər xəbərdən agah olsun:

Keçid prosesindən sonra Suriyanın yeni administrasiyası əhalinin siyahıyaalınmasını, yeni Konstitusiyanın təsdiqlənməsini və azad seçkilərin keçirilməsini nəzərdə tutan “yol xəritəsi”ni elan edəcək.

Bu barədə Türkiyənin “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazıb.

“İndi yeni Suriyanın qurulması vaxtıdır. Müvəqqəti administrasiya yaradıldıqdan sonra “yol xəritəsi” elan ediləcək. Yeni konstitusiyanın yaradılması, əhalinin siyahıyaalınması və azad seçkilərin keçirilməsi prosesi təşkil ediləcək”, – nəşr yazıb.

Daha əvvəl Suriyada dövlət televiziyasının binasını tutan silahlı müxalifət nümayəndələri efirdə ölkədə nəzarəti ələ keçirdiklərini bəyan ediblər. Suriya Prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib, Rusiya onlara sığınacaq verib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45