Dəniz Tacəddin “Altın Kelebek”-də ana olacağını elan etdi
Agah.az xəbər verir ki, bu il 50-ci dəfə keçirilən “Altın Kelebek” mükafatlandırma mərasimində “Azərbaycanın parlaq ulduzu” nominasiyasını aktrisa Dəniz Tacəddin, Fəridə Abdulla və müğənni Rilaya Hüseynzadə qazandı.
Mərasimdə mükafat alan Dəniz Tacəddin qırmızı xalçada jurnalistlərə verdiyi açıqlamada həm şəxsi həyatı, həm də mükafata dair fikirlərini bölüşüb. O, tədbirdə iştirakından məmnunluq hissi keçirdiyini və bu təcrübənin onun üçün çox önəmli olduğunu vurğulayıb.
Müsahibə zamanı aktrisa, yaxın zamanda ana olacağını təsdiqləyib:
“Bəli, ana olacağam. Yanvarda bu gözəl hadisə baş verəcək. Şəxsi həyatıma dair mövzuları mediaya açıqlamağı sevmirəm, lakin bu xəbər mənim üçün çox özəldir”.
Tacəddin hamilə olmasına baxmayaraq “Altın Kelebek”-də iştirak etməyin və yubiley buraxılışında mükafat almanın qürurverici olduğunu bildirib. Aktrisa, gecə üçün xüsusi olaraq hazırlanan və Azərbaycan brendinə aid geyim seçdiyini də qeyd edib:
“Hamiləliyimə görə daha həssas seçim etməli oldum. Bir həftə ərzində mənim üçün ürəyimcə olan libas tikdilər və bu libas Azərbaycan brendinə məxsusdur. Bu məqam mənim üçün xüsusi əhəmiyyət daşıyır”.
Açar sözlər: Altın Kelebek 2024, Dəniz Tacəddin ana olacaq, Azərbaycan ulduzları, “Azərbaycan brendi”, hamilə aktrisa mükafat mərasimi.
(055) 436-46-45