I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başa çatıb – YENİLƏNİB
I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başa çatıb.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, bu gün “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri həyata keçirilib.
Səfər çərçivəsində iştirakçılar Şuşa şəhərində işğal dönəmində erməni vəhşiliyinin nəticəsi olan dağıntılarla tanış olublar. Onlara işğaldan sonra ötən müddət ərzində şəhərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və qısa müddətdə burada aparılan quruculuq-abadlıq işləri barədə məlumat verilib. İtkin düşən şəxslərin ailə üzvləri, həmçinin bu günlərdə Şuşa həbsxanası ərazisində aşkarlanan toplu məzarlığı ziyarət ediblər.
Daha sonra Şuşa qalasında olan səfər iştirakçıları orada xatirə şəkili çəkdirib, daha sonra isə əsaslı təmirdən sonra istifadəyə verilən Yuxarı Gövhər Ağa Məscidini ziyarət ediblər və orada namaz qılıblar.
Səfər zamanı Azərbaycanın dahi sənətkarı Bülbülün ev muzeyi də ziyarət olunub. Burada Azərbaycan musiqi sənətində özünəməxsus iz qoymuş Bülbülün həyat və yaradıcılığı barədə məlumat verilib.
Səfər iştirakçıları yekunda Cıdır düzündə olublar.
I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvləri Şuşada aşkarlanan kütləvi məzarlığa baş çəkiblər.
“Report”un Qarabağ bürosu xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilən səfər zamanı itkin düşmüş soydaşlarımızın ailə üzvləri Şuşa həbsxanasının həyətində aşkarlanan kütləvi məzarlığın olduğu yerə baş çəkiblər.
İtkin düşən şəxslərin ailə üzvləri məzarlıqda dəfn olunanların xatirəsini göz yaşları ilə yad ediblər.
Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri davam edir.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər ediblər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Səfərin təşkil olunmasında məqsəd, itkin düşən şəxslərin yaxınlarının döyüşdüyü torpaqları ziyarət etməkdir. Səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edir.
Səfər çərçivəsində Şuşa şəhərinin gəzintisi və Şuşa türməsinin ərazisində tapılan kütləvi məzarlığın ziyarət edilməsi nəzərdə tutulub.
(055) 436-46-45