Suriya Müdafiə Nazirliyi Dəməşqdən ordunun çıxarılması barədə məlumatları təkzib edir

Suriya Müdafiə Nazirliyi Dəməşqdən ordunun çıxarılması barədə məlumatları təkzib edir
Dostuna göndər xəbərdən agah olsun:

Suriya Müdafiə Nazirliyi Dəməşq və ətraf ərazilərdən hərbçilərin çıxarılması barədə məlumatları təkzib edib.

Agah.az  TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

“Dəməşqin bütün rayonlarında mövcud olan silahlı qüvvələrimizin bölmələrinin çıxarılması barədə heç bir məlumat həqiqətəuyğun deyil”, – bəyanatda qeyd olunub.

Daha əvvəl KİV Suriya Silahlı Qüvvələrinin paytaxtdan çıxarılması barədə məlumat vermişdi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45