Naxçıvanda əsgər qətlinə görə rəis də məsuliyyətə cəlb olundu
Agah.az xəbər verir ki, Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı aparılan istintaq tamamlanıb. İstintaq çərçivəsində komandir polkovnik Samir Həziyevlə yanaşı, hərbi hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) ilə ittiham irəli sürülüb və iş məhkəməyə göndərilib.
Xatırladaq ki, Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib, ADA Universitetinə 627 balla qəbul olunmuşdu. O, bu ilin iyunun 9-da itkin düşüb və iki gün sonra nəşi tapılıb.
Şəkildə: Aydın Quliyev (hərbi hissənin tibb xidməti rəisi)
Açar sözlər: Naxçıvan əsgər qətli, Ceyhun Hüseynov işi, komandir məsuliyyəti, hərbi tibb rəisinin cəzalandırılması, ADA Universiteti məzunu qətli.
(055) 436-46-45