Xətai rayonunda qanunsuz yol zəbtinə qarşı tədbirlər görüldü
Agah.az xəbər verir ki, Xətai rayonunda Kamran Əsgərli və Sədi Musayev küçələrinin kəsişməsində yerləşən mərasim evinin sahibi tərəfindən yolun qanunsuz zəbt edilməsi sakinlərin narazılığına səbəb olub. Sahibkar yararsız təkərlərdən istifadə edərək yolu bağlayıb və sürücülərin avtomobillərini park etməsinə mane olub.
Sakinlərin uzun müddətli şikayətlərindən sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları əraziyə baxış keçirib və qanunsuz maneələri aradan qaldırıb. Bölmə rəisi Toğrul Nəsirli bildirib ki, artıq sürücülər nəqliyyat vasitələrini rahat şəkildə park edə bilirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, ərazi tamamilə təmizlənib və sahibkara ciddi xəbərdarlıq edilib.
Əvvəl:
Sonra:
Açar sözlər: Xətai rayonunda yol zəbt olunması, qanunsuz yol bağlanması, Bakı Yol Polisi tədbirləri, AYNA xəbərdarlığı, sakinlərin şikayəti.
(055) 436-46-45