Səbaildə şəhid Cavidan Ağayevin xatirəsi ehtiramla yad edildi
Agah.az xəbər verir ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Cavidan Ağayevin xatirəsi ehtiramla yad edilib. Ş.Allahverdiyev küçəsi 34 ünvanında yerləşən xatirə lövhəsi ziyarət olunub.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail və Badamdar bələdiyyələrinin sədrləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
Çıxış edən Vüqar Zeynalov bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu həssas kateqoriyaya aid şəxslərin problemlərinin həllini prioritet vəzifələrdən biri kimi müəyyən etdiyini vurğulayıb.
Şəhidin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar şəhidlərin xatirəsinin daim uca tutulduğunu vurğulayıblar.
Açar sözlər: şəhid Cavidan Ağayev, xatirə lövhəsi ziyarəti, Səbaildə şəhidlər, Vüqar Zeynalov çıxışı, şəhid ailələrinə qayğı, Səbail rayon tədbiri.
(055) 436-46-45