Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırılıb
Nazirlər Kabineti 7 iyun 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi Agentliyin strukturuna daxil olmayan tabeli qurumların siyahısına əlavə edilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45