İlham Əliyev: “Ermənistanın mövcud siyasəti dayanıqlı sülhün əldə olunmasına mane olur”
Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciət edib. Dövlət başçısı Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, “böyük Ermənistan” xülyası və bu ölkənin sürətlə silahlanmasının iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasına maneə yaratdığını vurğulayıb.
Prezident çıxışında qeyd edib ki, Ermənistan hələ də konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır və Qərbi Azərbaycan İcmasının sülhsevər fəaliyyətini öz ərazi bütövlüyünə təhdid kimi göstərməyə çalışır.
“Qərbi Azərbaycan İcmasının əsas məqsədi, didərgin salınmış soydaşlarımızın dədə-baba yurdlarına dinc, təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etməkdir. Bu, sırf insan hüquqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi təqdim etməsi beynəlxalq hüquq normalarını və qayıdış hüququnu inkar etmək cəhdidir,” – deyə Prezident İlham Əliyev bildirib.
Açar sözlər: İlham Əliyev, Qərbi Azərbaycan İcması, Ermənistan siyasəti, dayanıqlı sülh, qayıdış hüququ, beynəlxalq hüquq, insan hüquqları.
(055) 436-46-45