Dövlət Dəniz və Liman Agentliyi auditor seçir

Dövlət Dəniz və Liman Agentliyi auditor seçir
Dostuna göndər xəbərdən agah olsun:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 59,3 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 6-sı, saat 10:05-ə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 2 B ünvanına təqdim edə bilərlər.

Təkliflərə eyni gündə, saat 10:05-də qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, Agentlik 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün “SR Audit Solutions” MMC-ni seçmişdi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45