Cənubi Koreyanın müdafiə naziri istefa verib
Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyon istefa verib.
Agah.az Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirin özü bildirib.
“Hərbi vəziyyətlə bağlı ictimaiyyət arasında çaşqınlıq yaratdığıma görə üzr istəyirəm. Bu məsələ ilə bağlı baş verənlərə görə məsuliyyət daşıyacağam”, – o deyib.
Nazir Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan olunması ilə bağlı təklif etməsi barədə mətbuatda yayılan xəbərləri təsdiqləyib.
Qeyd olunur ki, aparıcı müxalifət “Toburo” Demokrat Partiyası nazirə qarşı impiçment təşəbbüsü irəli sürüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45