Azərbaycanda bələdiyyə torpağına dair müsabiqə ləğv edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dekabrın 19-na təyin etdiyi bələdiyyə torpağına dair müsabiqə ləğv edilib.
Bu barədə qurum xəbər verir.
Məlumata görə, bununla bağlı qərarı noyabrın 27-də Göygöl Rayon Məhkəməsi qəbul edib. 16 (066)-34/2024 nömrəli qərardada əsasən Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 1 200 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə keçiriləcək müsabiqə dayandırılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45