Azərbaycanda terror planı ilə bağlı yeni detallar: Favzan Musa Xanın apellyasiya müraciəti
Agah.az xəbər verir ki, Azərbaycanda terror aktı planlaşdırdığına görə 10 il azadlıqdan məhrum edilən Əfqanıstan vətəndaşı Favzan Musa Xan (Fawzan Musa Khan) və vəkili Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.
Favzan Musa Xan Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdırmaqda, bunun üçün üçüncü ölkədən Azərbaycana gələrək səfirlik binaları ətrafında müşahidə aparmaqda, həmçinin terror aktına hazırlıq məqsədilə maliyyə dəstəyi və silah əldə etməyə cəhd göstərməkdə təqsirli bilinib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onun terror planı ilə bağlı danışıqlarını əks etdirən videonu yayımlamış və həmin ərazidə bir neçə səfirliyin yerləşdiyi bildirilmişdi.
Apellyasiya şikayətində Favzan Musa Xanın vəkili cəzanın yüngülləşdirilməsini tələb edərək müvəkkilinin istintaq zamanı səmimi davranışını əsas gətirib. Lakin məhkəmə materiallarından bəlli olur ki, o, beynəlxalq terror təşkilatlarının üzvləri ilə birbaşa əlaqədə olub və qanunsuz fəaliyyətlərdə iştirak edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin terror təşkilatına bağlı şəxslər Azərbaycanın tranzit ərazisindən istifadə edərək Avropa ölkələrinə qanunsuz keçidlər təşkil etməyə cəhd göstəriblər. Bu faktla bağlı DTX-nin ayrıca cinayət işi üzrə istintaq tədbirləri davam edir.
Açar sözlər: Azərbaycanda terror aktı, Favzan Musa Xan, DTX terror istintaqı, Bakı Apellyasiya Məhkəməsi, beynəlxalq terror təşkilatları, səfirliklər ətrafında müşahidə.
(055) 436-46-45