Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri genişləndirildi
Agah.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Bu dəyişikliklər nəticəsində nazirliyin fəaliyyət istiqamətləri daha da genişləndirilib.
Fərmana əsasən, nazirlik bundan sonra rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, kosmik fəaliyyət, yüksək texnologiyalar (rəqəmsal texnologiyalar, süni intellekt, nano və bio texnologiyalar), fərdi məlumatların qorunması və nəqliyyatın (avtomobil, dəmiryol, dəniz və hava) idarə edilməsi sahələrində dövlət siyasətini tənzimləyəcək.
Yeni səlahiyyətlərə rəqəmsallaşdırmanın genişləndirilməsi, kiberhücumların qarşısının alınması, internet idarəçiliyi, efir məkanının informasiya təhlükəsizliyinin təmin edilməsi və dövlət xidmətlərinin rəqəmsal mühitdə təkmilləşdirilməsi kimi önəmli funksiyalar daxildir. Bundan əlavə, mülki aviasiya ilə bağlı axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi də nazirliyin öhdəlikləri sırasındadır.
Açar sözlər: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, rəqəmsallaşdırma, süni intellekt, informasiya texnologiyaları, Prezident İlham Əliyev fərman, yüksək texnologiyalar, dövlət siyasəti.
(055) 436-46-45