Xocalı Icra Hakimiyyətinin Xanım Müavini Vətəndaşa Hücum Edərək Təhqir Etdi – “Alçağın Biri Alçaq” + VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Xocalı şəhər İcra Hakimiyyətində qeyri etik vəziyyət yaşanıb.

Belə ki, başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva icra hakimiyyətinin inzibati binasında ona müraciət edən vətəndaşı ağır təhqir edərək hücum edib.

Məsələnin nədən qaynaqlqndığını bilməsək də, videoda xanım müavinin çox əsəbi halda vətəndaşı təhqir etdiyi açıq şəkildə görünür.

Lamiə Qarayeva vətəndaşa “Alçağın biri alçaq” və digər təhqir dolu sözlər işlədib.

Səsə çıxan digər icra hakimiyyətinin işçiləri xanım müavini sakitləşdirərək iş otağına aparıblar.

Xatırladaq ki, sözügedən video görüntü sosial şəbəkələrdə yayılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45