İsrail qırıcıları Suriya səmasında İran təyyarəsini geri çevirdi

İsrail qırıcıları Suriya səmasında İran təyyarəsini geri çevirdi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Suriya səmasında İrandan uçan bir təyyarəni şübhəli hərbi yüklər səbəbindən geri dönməyə məcbur edib.

İnsident dekabrın 1-nə keçən gecə baş verib. İddialara görə, təyyarənin göyərtəsində Livanın “Hizbullah” təşkilatına göndərilən silahların olduğu güman edilib. İsrail qırıcıları təyyarəyə yaxınlaşaraq heyətə dönmə əmri verib. Təyyarənin heyəti bu göstərişi dərhal yerinə yetirib.

Bildirilib ki, bu, ilk belə hal deyil. Son aylarda İsrailin İrandan gələn və “Hizbullah” üçün hərbi yüklər daşıdığı iddia edilən təyyarələri geri çevirdiyi bildirilir. Bu cür insidentlərin həm Suriya, həm də İraq hava məkanında baş verdiyi qeyd olunur.

İsrail ordusu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Açar sözlər: İsrail hərbi aviasiyası, İran təyyarəsi, Suriya səması, “Hizbullah”, hərbi yük, Yaxın Şərq xəbərləri.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45