Sabah Bakının Nərimanov rayonunun bəzi ərazilərində qaz olmayacaq
Bakının Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 02.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib.
Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K. Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45