Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin III rübündə Azərbaycanda istehlak kreditləri, o cümlədən kredit (taksit) kartları üzrə standartlarda sərtləşmə müşahidə olunub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

Sorğu nəticələrinə əsasən, banklar əməkhaqqı kreditləri üzrə standartlarda yumşalma olduğunu bildiriblər. Respondent banklar cari ilin IV rübündə əməkhaqqı kreditləri üzrə yumşalmanın davam edəcəyini, kredit kartları üzrə standartlarda isə heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə olan tələbin cüzi azaldığı qeyd olunur. Respondentlərin cavablarına görə, bu azalma əsasən kredit kartları hesabına baş verib. Bununla belə, banklar 2024-cü ilin IV rübündə ümumi istehlak kreditlərinə, xüsusən də kredit kartlarına olan tələbdə artım gözləyirlər.

Sorğunun nəticələrinə görə, istehlak kreditləri üzrə bankların likvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir göstərib. Standartlardakı dəyişikliklər əsasən faiz dərəcələrinin artması ilə əlaqələndirilib.

III rübün nəticələrinə əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta səviyyədə artım müşahidə etdiklərini bildiriblər. Cari ilin əvvəlki rübü ilə müqayisədə III rübdə əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksində heç bir dəyişiklik qeydə alınmayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrın 1-nə qədər kredit kartları ilə ümumilikdə 822 milyon manat dəyərində 13,959 milyon əməliyyat aparılıb. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,1 % və 26,1 % artıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45