Nəsimi və Səbaildə mobil telefon oğruları saxlanıldı
Agah.az xəbər verir ki, paytaxtın Nəsimi və Səbail rayonlarında mobil telefon oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb.
Nəsimi rayonu
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən iaşə obyektlərində iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Şübhəlilər əvvəllər məhkum olunmuş 43 yaşlı R.Rzayev və 23 yaşlı F.İbrahimov olub.
Səbail rayonu
Səbail rayonu ərazisindəki ictimai iaşə obyektində 2 nəfərin mobil telefonları və bank kartını oğurlamaqda şübhəli bilinən 27 yaşlı B.Əkbərli Səbail Rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Açar sözlər: Nəsimi rayonu mobil telefon oğurluğu, Səbail rayonu oğurluq hadisəsi, şübhəli şəxslər saxlanıldı, mobil telefon oğruları, polis əməliyyatı.
(055) 436-46-45