Baş leytenant Orxan Rzalı əsgər Həbib Orucovun ölümü ilə bağlı həbs edilib
Agah.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlı həbs olunub.
İstintaq detallarında nə var?
Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hərbi Prokurorluğun apardığı araşdırmalar zamanı onun digər ciddi cinayət əməllərinin də olduğu ortaya çıxıb. Hazırda məsələ ilə bağlı istintaq davam edir.
Ailənin iddiaları
Həbib Orucovun anası Tünzalə Nəcəfova açıqlamasında oğlunun ölümündə baş leytenantı ittiham edib. O bildirib ki, oğlunun intihar etməsi mümkün deyildi və zabitin təzyiqləri nəticəsində belə bir hadisə baş verib:
- “Oğlum canını çox istəyən idi, özünə qıyması qeyri-mümkün idi. Meyitdə alnında çapıq izi, çiynində isə göyərmələr olub. Əsgərlərdən öyrəndim ki, oğlumu sıxışdırır, təhqir edirmiş. Orxan Rzalının ömürlük həbsini tələb edirəm.”
Rəsmi açıqlama
Noyabrın 9-da baş verən hadisə ilə bağlı verilən rəsmi məlumatda, Həbib Orucovun odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişdiyi qeyd edilib.
Açar sözlər: Dövlət Sərhəd Xidməti, hərbi hissə, əsgər ölümü, baş leytenant həbs edilib, Həbib Orucov, hərbi prokurorluq araşdırması, Orxan Rzalı cinayət işi.
(055) 436-46-45