Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib

Dostuna göndər xəbərdən agah olsun:

“Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi çərçivəsində keçirilən “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı”nda xidmət sektorunun qlobal tərəfdaşlığın gücləndirilməsində rolunu vurğuladıq”.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb.

“Konfrans çərçivəsində Çin Xalq Respublikasının kommersiya naziri Van Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı perspektivləri barədə fikirlərimizi bölüşdük” – nazir qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45