Cəlilabadda qanunsuz ov faktı aşkarlanıb

Cəlilabadda qanunsuz ov faktı aşkarlanıb
Dostuna göndər xəbərdən agah olsun:

Cəlilabad rayonunda qanunsuz ov faktı aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Ə.Cabbarlı və R.İmanzadənin rayonun Günəşli kəndi ərazisindəki örüş sahəsində qanunsuz ov etdikləri müəyyən olunub.

Onlardan 2 ədəd müxtəlif markalı ov tüfəngləri və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək baxılması məhkəməyə göndərilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45