Azərbaycanda telekommunikasiya və radiotezliklərdən istifadə üzrə tarifləri yeni qurum müəyyən edəcək

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanda telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

AGAH.AZ xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Prezidentin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanda əks olunub.

Fərmana görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tarifləri İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəylərini nəzərə alaraq altı ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yeni tariflər təsdiq edilənədək mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq.

Qeyd edək ki, indiyənədək tariflər qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilirdi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45