Bakı metrosunda hərəkət qrafiki dəyişir: Qatarlar “Əhmədli” stansiyasına qədər işləyəcək
Agah.az xəbər verir ki, Bakı metropoliteninin “Həzi Aslanov” stansiyasında dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar olaraq, noyabrın 30-dan etibarən qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.
Yeni qrafikə əsasən:
- Qatarlar “qırmızı” xətt üzrə “İçərişəhər” və “yaşıl” xətt üzrə “Dərnəgül” stansiyalarından yalnız “Əhmədli” stansiyasına qədər hərəkət edəcək.
- “Həzi Aslanov” stansiyası sərnişindaşıma fəaliyyətini dayandırmayacaq, lakin qatarların hərəkəti yalnız “Əhmədli” istiqamətinə və geri olmaqla təşkil olunacaq.
- “Əhmədli” – “Həzi Aslanov” arası hərəkət intervalı 10 dəqiqə olacaq.
Gur saatlarda intervallar:
- İş günləri: “28 May” – “Əhmədli” sahəsində qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.
- Şənbə günləri: Bu interval 2.5 dəqiqə, bazar günləri isə 3 dəqiqə olacaq.
Qatarların “Bakmil” stansiyası üzrə hərəkət cədvəli də dəyişdirilərək noyabrın 29-da “Bakı Metropoliteni”nin rəsmi internet saytında yerləşdiriləcək. Eyni zamanda, “Xətai” – “Cəfər Cabbarlı” mənzili və “bənövşəyi” xətt üzrə hərəkət cədvəlində dəyişiklik olmayacaq.
Açar sözlər: Bakı metrosu qrafik, qatarların hərəkəti dəyişir, Həzi Aslanov stansiyası təmir, Əhmədli qatar intervalları, Bakı Metropoliteni məlumat.
(055) 436-46-45