Qadını şantaj edən şəxs məhkəmə zalından həbs edildi

Qadını şantaj edən şəxs məhkəmə zalından həbs edildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ali Məhkəmədə tanışının fotoşəkilləri ilə şantaj edən və ondan pul tələb edən Katib Həsənovun (şərti ad) kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Katib Həsənov tanışı Jalə Mədətovanı (şərti ad) şəxsi fotoşəkillərini yaymaqla təhdid edib və 800 manat tələb edib. Zərərçəkən, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 2023-cü il avqustun 3-də Binəqədi rayonu ərazisində Katib Həsənov zərərçəkmişdən tələb etdiyi məbləği alarkən saxlanılıb.

Binəqədi Rayon Məhkəməsinin ilkin qərarı ilə Katib Həsənova şərti cəza verilsə də, dövlət ittihamçısının apellyasiya protestindən sonra Bakı Apellyasiya Məhkəməsi onu 2 il 6 ay azadlıqdan məhrum edib. Qərarla Katib Həsənov məhkəmə zalından həbs olunub.

Açar sözlər: qadını şantaj etdi, məhkəmə qərarı həbs, hədə-qorxu ilə tələb, fotoşəkillərlə şantaj, Binəqədi rayon məhkəməsi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45