“Salyanski Kazarma” zabiti 10 il 6 ay həbs cəzasına məhkum edildi

“Salyanski Kazarma” zabiti 10 il 6 ay həbs cəzasına məhkum edildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin qərarına əsasən, Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun üzərinə həbs qoyulmuş 2 milyon manata yaxın əmlak dövlətə dəymiş ziyanın qismən ödənilməsi üçün müsadirə olunub.

Qeyd edək ki, Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdu. O, ümumilikdə 9 milyon 369 min manat məbləğində dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilirdi. Bu məbləğin 848 min manatını dövlət büdcəsinə geri qaytarıb.

Rəşad Məlikzadə 26 sentyabr 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Açar sözlər: Salyanski Kazarma, Rəşad Məlikzadə, hərbi maliyyə cinayəti, dövlət vəsaitinin mənimsənilməsi, Bakı Hərbi Məhkəməsi, maliyyə saxtakarlığı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45