Bakıda restoran və kafelərin dövriyyəsi: Səbail rayonu liderdir
2024-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi, ötən ilin eyni dövrü ilə müqayisədə 10.1% artaraq 1 milyard 146,3 milyon manata çatıb.
Agah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Statistikaya əsasən, kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Belə ki, bu rayonun ictimai iaşə dövriyyəsi 375 milyon 872 min manat təşkil edib ki, bu da ötən ilə nisbətən 7.6% artım deməkdir.
Siyahıda ikinci yerdə 149 milyon 295 min manatlıq dövriyyə ilə Nərimanov rayonu dayanır. Bu göstərici əvvəlki dövrlə müqayisədə 2.6% artıb.
Üçüncü yerdə isə Nəsimi rayonu qərarlaşıb. Bu dövrdə Nəsimidə ictimai iaşə dövriyyəsi 143 milyon 428 min manat təşkil edib. Ötən ilə nisbətən bu göstəricidə 62.7% artım müşahidə olunub ki, bu da ən yüksək artım faizlərindən biridir.
Xəzər rayonu isə 47 milyon 849 min manatlıq dövriyyə ilə 4% azalma qeydə alıb və ən aşağı göstəricilərdən birini təşkil edib.
Əlavə olaraq, Suraxanı rayonu 22.3% artımla ən dinamik rayonlardan biri olub. Nərimanov, Yasamal və Xətai rayonları isə dövriyyələrində müvafiq olaraq 2.6%, 3.1% və 4.1% artım əldə edib.
Açar sözlər: ictimai iaşə dövriyyəsi, Bakıda restoran biznesi, Səbail rayonu liderdir, Nəsimi rayonu artım, Xəzər rayonu azalma.
(055) 436-46-45