Türkiyədə Azərbaycanın keçmiş diplomatı 70 kiloqram qızıl ilə saxlanıldı

Türkiyədə Azərbaycanın keçmiş diplomatı 70 kiloqram qızıl ilə saxlanıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində, “Vadistanbul” ticarət mərkəzinin yaxınlığında aparılan əməliyyat zamanı bir taksidə 70 kiloqram qızıl aşkarlanıb.

Qızılların sahibi kimi saxlanılan şəxs özünü azərbaycanlı diplomat olaraq təqdim edib. Məlumata görə, həmin şəxs əvvəllər Azərbaycanın ABŞ-dakı Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb və son aylarda ölkəmizin Səudiyyə Ərəbistanındakı hərbi attaşesi təyin olunub.

Türkiyə Prokurorluğunun açıqlamasına əsasən, saxlanılan şəxsin diplomatik toxunulmazlığının olub-olmaması araşdırılır. Azərbaycan tərəfindən isə həmin şəxsin artıq Bakıya gətirildiyi və məsələ ilə bağlı istintaqa cəlb olunduğu bildirilib.

Polis əməliyyatı zamanı şübhəlinin qızılların ona məxsus olduğunu etiraf etdiyi, lakin bu ifadənin polis əməkdaşları tərəfindən kifayət qədər əsaslı sayılmadığı qeyd olunur.

Hazırda İstanbul Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Açar sözlər: İstanbulda qızıl aşkarlanması, azərbaycanlı diplomat, Vadistanbul əməliyyatı, hərbi attaşe, Türkiyə polisi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45