AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Dostuna göndər xəbərdən agah olsun:

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.

 

Toplantı Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.

 

İclas zamanı komitə üzvləri tərəfindən bəzi məsələlər müzakirə olunub.

 

Bunlar cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi, ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalıdır.

 

Həmçinin toplantıda bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalara, UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalına və digər məsələlərə baxılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45