2025-ci ildə Azərbaycanın xaricdə təbliğatı üçün 7 milyon manat ayrılacaq
Agah.az xəbər verir ki, gələn il Azərbaycanın diaspor və lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi məqsədilə 7 milyon manat məbləğində vəsait ayrılacaq. Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında məlumat verib.
Nazirin sözlərinə görə, ayrılan vəsait Diasporla İş üzrə Dövlət Komitəsinə yönəldiləcək. Bundan əlavə, xaricdəki diplomatik nümayəndəliklərin maliyyələşdirilməsi üçün 205 milyon manat vəsait nəzərdə tutulub.
Açar sözlər: Azərbaycanın diaspor fəaliyyəti, lobbiçilik işləri, xaricdə diplomatik nümayəndəliklər, Diasporla İş üzrə Dövlət Komitəsi, 2025-ci il büdcəsi, Samir Şərifov.
(055) 436-46-45