Yaşar Gülər: “Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir”

Dostuna göndər xəbərdən agah olsun:

“Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla birgə Eskişehirdəki Birinci Baş Reaktiv Baza Komandanlığında 2023-2024-cü tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan, Liviya, Kosovo, Qətər kimi dost, qardaş və müttəfiq ölkələrin haqlı mübarizəsinə dəstək verir.

Y.Gülər həmçinin sərhədlərin müdafiəsinin lazımi şəkildə qorunduğunu bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45