Azərbaycanda hərbi xidmətdən yayınan şəxs həbs edilib
Agah.az xəbər verir ki, Azərbaycanda hərbi xidmətdən yayınmaqda ittiham olunan 19 yaşlı Ramin Osmanov (ad-soyad şərti) məhkəmə qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, o, 2024-cü ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində tibbi müayinədən keçərək hərbi xidmətə yararlı hesab olunub və Müdafiə Nazirliyinin N saylı hərbi birləşməsinə təyin edilib. Lakin Osmanov çağırış komissiyasına müxtəlif bəhanələrlə qoşulmayıb, iki dəfə hərbi xidmət keçməkdən boyun qaçırıb.
Xətai Rayon Məhkəməsi tərəfindən 1000 manat cərimə ilə cəzalandırılan Osmanovun işi ittiham tərəfinin protestindən sonra Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Nəticədə, əvvəlki qərar ləğv edilib və Osmanov 1 il müddətinə həbs edilib.
Açar sözlər: hərbi xidmət, Azərbaycanda hərbi çağırış, hərbi xidmətdən yayınma, məhkəmə qərarı, gəncin həbs edilməsi.
(055) 436-46-45