Azərbaycanda 2025-ci ildə minimum əməkhaqqı artırılacaq
Agah.az xəbər verir ki, 2025-ci ildə Azərbaycanda minimum əməkhaqqı 400 manat müəyyən olunacaq. Bu, 2024-cü illə müqayisədə 55 manat (15,9 faiz) artım deməkdir.
Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunub ki, hazırkı ildə minimum əməkhaqqı 345 manat olub.
Artımın məqsədi əhalinin sosial rifahını yaxşılaşdırmaq və yaşayış səviyyəsini yüksəltməkdir.
Açar sözlər: Azərbaycanda maaş artımı, 2025 minimum əməkhaqqı, dövlət büdcəsi, sosial rifah artımı.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45