İsrail Livanın cənubunda əməliyyat keçirib, terrorçular və silah anbarları məhv edilib
İsrail ordusunun Livanın cənubunda keçirdiyi əməliyyat zamanı onlarla terrorçu öldürülüb, silah anbarı kimi istifadə edilən infrastrukturu məhv edilib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 91-ci diviziyanın komandanlığındakı “Komando” briqadasının hərbçiləri son günlər Livanın cənubunda, terrorçuların İsrailin yaşayış məntəqələrini atəşə tutduğu bölgədə əməliyyat keçirib. Hərbçilər çoxlu sayda silahlını öldürüb, həmçinin ərazini təmizləyərək raket qurğularını və yeraltı tunelləri məhv ediblər.
Əməliyyat zamanı 7-ci briqadanın hərbçiləri silah anbarı kimi istifadə edilən və içərisində sursat dolu qutuların saxlandığı şaxta aşkar ediblər. Partlayış nəticəsində şaxta məhv edilib.
(055) 436-46-45