POS-terminal quraşdırmayan sahibkarlar cərimələnəcək
Agah.az məlumat verir ki, bu gündən etibarən POS-terminal quraşdırılmayan və ya onların istifadəsindən yayınan vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirləri həyata keçiriləcək.
Dövlət Vergi Xidmətinin açıqlamasına əsasən, qanunvericiliyin tələblərinə baxmayaraq, bəzi obyektlərdə ümumiyyətlə POS-terminalların quraşdırılmadığı müəyyən edilib.
Vergi Xidməti xəbərdarlıq edir ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu tələblərin pozulması aşağıdakı maliyyə sanksiyaları ilə nəticələnəcək:
- İlk dəfə pozuntu halında: 1 000 manat
- İkinci dəfə: 3 000 manat
- Üç və daha çox dəfə: 6 000 manat
Nağdsız ödənişlərin yalnız POS-terminal vasitəsilə həyata keçirilməsi və müştərilərə həm POS-terminal qəbzi, həm də nəzarət-kassa aparatının çeki təqdim olunması qanunla tələb edilir.
Qeyd edək ki, noyabrın 15-də “kartdan-karta” üsulu ilə ödənişləri həyata keçirən 170 sahibkar maliyyə cəriməsinə məruz qalıb.
Açar sözlər: POS-terminal qaydaları, nağdsız ödəniş, vergi sanksiyaları, sahibkarlıq subyektləri, Dövlət Vergi Xidməti.
(055) 436-46-45