Misir “Yaşıl Enerji Dəhlizləri” yaratmaq istəyir

Misir “Yaşıl Enerji Dəhlizləri” yaratmaq istəyir
Dostuna göndər xəbərdən agah olsun:

Misir COP29 məqsədlərinə uyğun şəkildə bərpa olunan enerjinin paylanmasını asanlaşdıran və istehsalı tələbatla əlaqələndirən “Yaşıl Enerji Dəhlizləri” yaratmağı planlaşdırır.

Bunu Misirin Beynəlxalq əməkdaşlıq naziri Rania Al-Mashat BMT-nin COP29 çərçivəsində təşkil olunmuş “Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumu”nda bildirib.

“Bu dəhlizlər eyni zamanda Afrika və Ərəb dünyası ilə əməkdaşlığı gücləndirəcək. Misir bərpa olunan enerji mənbələri və strateji mövqeyi ilə qlobal səviyyədə enerji transformasiyasına töhfə vermək üçün mühüm fürsətə malikdir. Ölkəmizin bərpa olunan enerji istiqamətində fəaliyyəti tərəfdaşlarla birlikdə mühüm nöqtəyə çatıb. 2030-cu ilə qədər enerji istehsalının 42 %-ni bərpa olunan enerji mənbələrindən təmin edilməsi qarşıya məqsəd kimi qoyulub və bu istiqamətdə sərmayələr bunu daha da möhkəmləndirib. Bütün bunlar 2040-cı ilə qədər qlobal karbon emissiyalarını ildə 46 milyon ton azaltmağa imkan verəcək”, – deyə o qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45