Qadının faciəli şəkildə ölməsinə səbəb olan BMW sürücüsünə hökm oxundu

Qadının faciəli şəkildə ölməsinə səbəb olan BMW sürücüsünə hökm oxundu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Abşeron Rayon Məhkəməsində 2023-cü il oktyabrın 16-da Abşeron rayonu Mehdiabad qəsəbəsində yol qəzası törətməkdə təqsirləndirilən Mahir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və Mahir Nəbiyev 3 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə azadlıqdan məhrum edilib.

İttihama görə, M. Nəbiyevin idarə etdiyi BMW markalı avtomobil R. Məmmədovun sürdüyü “Mercedes-Benz” betonqarışdıran yük maşını ilə toqquşub. Nəticədə yük maşını aşaraq avtobus dayanacağına çırpılıb və dayanacaqda olan piyada Sevda Məmmədova hadisə yerində həyatını itirib. Hadisədən sonra M. Nəbiyev saxlanılıb və məhkəmə məsuliyyətinə cəlb edilib.

Açar sözlər: Abşeron qəza məhkəmə qərarı, BMW-Mercedes toqquşması, piyada ölümü, Mahir Nəbiyev cəza

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45