Nardaran qəsəbəsində ehtiyatsızlıq faciə ilə nəticələndi
Agah.az məlumat verir ki, Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində laqunda aləti ilə işləyən 1958-ci il təvəllüdlü Hüseynəli Musa oğlu Əsgərov ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb. Ev şəraitində bazu sümüyünü kəsən şəxs qan itirməsi səbəbindən xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Həkimlərin məlumatına görə, ölümün səbəbi qan itirməsi olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Açar sözlər: Nardaran ehtiyatsızlıq qəzaları, qan itirməsi ölüm, Sabunçu rayonu qəzalar
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45