Bakıya məktəb paltarı almağa gələn ailə qəzaya düşdü: Ata və oğul öldü
Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.
Agah.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb.
Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 37 yaşlı Samit Əmirov və onun üç yaşlı övladı Elnur Əmirlidir.
Xəsarət alanlar xəstəxanaya aparılıblar.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45