Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı bu il 76 % artıb

Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı bu il 76 % artıb
Dostuna göndər xəbərdən agah olsun:

Bu il noyabrın 1-nə Naxçıvan Muxtar Respublikasının qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı ilin əvvəli ilə müqayisədə 76,1 % və yaxud 4 859 vahid artaraq 11 245-ə çatıb.

Ötən ilin əvvəlinə nisbətən isə artım 3,7 dəfə və yaxud 8 186 vahid olub.

Kəskin artım muxtar respublikada həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı, Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlər nəticəsində baş verib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45