Mikayıl Cabbarov: “Paris Sazişinin 6-cı Maddəsi ilə bağlı artıq müsbət nəticələrimiz var”

Mikayıl Cabbarov: “Paris Sazişinin 6-cı Maddəsi ilə bağlı artıq müsbət nəticələrimiz var”
Dostuna göndər xəbərdən agah olsun:

Paris Sazişinin 6.4-cü Maddəsinin müzakirəsində artıq müsbət nəticələr əldə olunub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Düşünürəm ki, artıq Maddə 6.4 üzrə ilk müsbət nəticələrimiz var. On ildən çox idi ki, ümumi həll yolu tapmaq mümkün olmurdu. Bakıda COP-un işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəliblər. Bu da onu göstərir ki, səylərimizi birləşdirəndə qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilərik”, – o bildirib.

Nazirin sözlərinə görə, karbon bazarları mexanizmi iqlim maliyyələşməsini təmin etməyə kömək edəcək.

“Biz, həmçinin MDB-nin (Multilateral Development Banks) 2030-cu ilə qədər illik öhdəliklərin məbləğinin 120 milyard ABŞ dolları olması ilə bağlı bəyanatını yüksək qiymətləndiririk, bu əhəmiyyətli irəliləyişdir. Azərbaycanın təşəbbüslərindən biri İqlim Maliyyəsi Fondunun yaradılmasıdır ki, bu da həm ölkələr, həm də şirkətlər və korporasiyalar daxil olmaqla qalıq yanacaq istehsalçılarının vəsaitləri hesabına təmin ediləcək. Biz sədrlik dövrümüzün qarşıdakı ilini qəbul edilmiş vədlərin yerinə yetirilməsinə həsr edəcəyik”, – M.Cabbarov qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45