Türkiyəli nazir: “COP29 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin yaxınlaşması üçün vacibdir”

Türkiyəli nazir: “COP29 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin yaxınlaşması üçün vacibdir”
Dostuna göndər xəbərdən agah olsun:

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əlaqələrin genişlənməsi, onların yaxınlaşması baxımından çox vacibdir.

 

“Report”xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum COP29 çərçivəsində Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun açılış mərasimində bildirib.

 

“COP29-da qəbul ediləcək qərarların bütün dünya üçün uğurlu olacağına inanıram. Şəhərlərimizdə qaz emissiyalarının azalması və daha yaşamalı yerlərin olması üçün mübarizə aparırıq”, – deyə o qeyd edib.

 

Bundan başqa, Türkiyə rəsmisi deyib ki, rəhbərlik etdiyi nazirlik bir sıra özəl qurumlarla əməkdaşlıq edir: “Suyun və digər məhsulların təkrar emalı çox vacibdir. Bu baxımdan təkrar emal sahəsinə investisiyalarımız davam edəcək”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45