Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə COP29-un yaşıl gündəliyin təşviqinə yönəlmiş beynəlxalq səylərə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın aparıldığı bildirilib.
Həmçinin, Azərbaycanda səhiyyə sistemində aparılan ardıcıl islahatlar barədə söhbət açılıb, iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.
(055) 436-46-45