İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra tədbir və görüşlər təşkil edəcək
Noyabrın 13-də İqtisadiyyat Nazirliyi “Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya təşkil edəcək.
Agah.Az nazirliyə istinadən xəbər verir ki, tədbir bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq.
Noyabrın 14-də isə İqtisadiyyat Nazirliyi və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) birgə təşkilatçılığı ilə Maliyyə, İnvestisiya və Ticarət Günü (Climate FIT Day) çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) təqdim olunacaq.
Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq, iqlim maliyyəsi və strateji tərəfdaşlıqlar barədə müzakirələr aparılacaq.
COP29 çərçivəsində “Dayanıqlı gələcəyin gücləndirilməsi: maliyyə vasitəsilə yaşıl inkişafa təkan” mövzusunda tədbir keçiriləcək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) təqdim olunacaq.
İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına, Türk Dövlətləri Təşkilatının iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üzrə Tərəfdaşlığına, SPECA İqlim və İnnovasiya Dialoquna dair nazirlər görüşləri keçiriləcək.
COP29 çərçivəsində 15 noyabr – Enerji, Sülh, Yardım və Bərpa Günündə İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış “Yaşıl artım” portalının təqdimatı, “Karbon qiymətqoyması: cari çağırışlar və yeni strategiyalar”, “Dövlət-özəl tərəfdaşlığı layihələri vasitəsilə davamlı maliyyə və iqlim dayanıqlılığı strategiyalarının inkişaf etdirilməsi və iqlim dəyişikliyinin həllində özəl sektorun rolu” mövzuları üzrə tədbirlər keçiriləcək.
COP29 çərçivəsində 16 noyabr – Elm, Texnologiya və İnnovasiya – Rəqəmsallaşma Günündə KOB-ların yaşıl iqtisadiyyatda rolu” adlı konfrans, “Süni İntellektin təsiri: texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü”, “Süni intellektin transformativ gücü: ətraf mühitə təsirlərin azaldılması və dayanıqlı inkişaf” və digər mövzularda tədbirlər keçiriləcək.
COP29 çərçivəsində 20 noyabr – Urbanizasiya, Nəqliyyat və Turizm Günündə isə SPECA regionundan AYİB yaşıl şəhər liderlərinin Dəyirmi Masası, SPECA Çoxtərəfli Etimad Fondu ilə bağlı brifinqin təşkili planlaşdırılır.
COP 29 çərçivəsində, İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların İslam İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi və bir sıra xarici şirkətlərlə sənədlərin imzalanması nəzərdə tutulur.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyi beynəlxalq qurumların və digər ölkələrin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
(055) 436-46-45