“Medika Hospital”da ayağı kəsilən xəstə öldü
Xətai rayonunda yerləşən “Medika Hospital” xəstəxanasında sağ ayağı kəsilən xəstə vəfat edib.
Agah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 62 yaşlı Nailə Mustafayeva sağ ayağın amputasiyası cərrahi əməliyyatı zamanı ölüb.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45