Qırğızıstan ilk dəfə COP29-da milli pavilyonunu təqdim edəcək
Qırğızıstan ölkənin nailiyyətlərini nümayiş etdirmək və beynəlxalq tərəfdaşlarla görüşlər keçirmək üçün bu il ilk dəfə COP29 iqlim konfransında milli pavilyonunu təqdim edəcək.
Bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin məlumatında deyilir.
“Təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev ABŞ-nin səfiri Lesli Vigeri ilə görüşündə iqlim dəyişikliyi məsələlərini və hər iki ölkənin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-da iştirakını müzakirə edib. Nazir Maşiyev vurğulayıb ki, bu il Qırğızıstan ilk dəfə COP29-da öz pavilyonunu təqdim edəcək ki, bu da ölkənin nailiyyətlərini daha geniş şəkildə nümayiş etdirməyə və beynəlxalq tərəfdaşlarla görüşlər keçirməyə imkan yaradacaq”, – məlumatda qeyd olunub.
Tərəflər Bakıda keçiriləcək tədbir çərçivəsində öz plan və mövqelərini bölüşərək əməkdaşlığın möhkəmləndirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.
(055) 436-46-45