Masazırda ev qarət olundu – VİDEO
Abşeron rayonu, Masazır kəndi, Abdulla Şaiq 10 ünvanında ev qarət edilib.
Xezerxeber.az-ın məlumatına görə, sahibinin evdə olmadığını bilən şəxs və ya şəxslər evdən pulları oğurlayıblar.
Mənzil sahibi Ayaz Əliyevin sözlərinə görə, o, yoldaşı ilə rayondan qayıdanda mənzilin talan edildiyini görüb.
İddia olunur ki, mənzildən 12 min manat pul oğurlanıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Daha ətraflı süjetdə:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45