Türkiyə COP29-da uzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq
Türkiyə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 2053-cü ilə qədər uzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ilə bağlı qərarlarını açıqlayacaq.
Agah.az “Milliyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum deyib.
O bildirib ki, COP29-a kimi bu məsələ ilə bağlı “yol xəritəsi” hazırlanacaq:
“Bu gün COP29 çərçivəsində müzakirələr və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparacağıq. Təqdim edəcəyimiz “yol xəritəsi” və strategiya Türkiyənin qlobal iqlim dəyişikliyi böhranının həllinə ciddi töhfə olacaq”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45